Amerikalı yazıçı Harlan Ellison vəfat edib

Amerikalı yazıçı Harlan Ellison vəfat edib Bakı. 29 iyun. REPORT.AZ/ Amerikalı fantast yazıçı Harlan Ellison 84 yaşında vəfat edib.
Ədəbiyyat
29 İyun , 2018 05:58
Amerikalı yazıçı Harlan Ellison vəfat edib

Bakı. 29 iyun. REPORT.AZ/ Amerikalı fantast yazıçı Harlan Ellison 84 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə hüquqşünas, fotoqraf və müəllif hüquqları üzrə fəal Kristin Valada öz "Twitter" səhifəsində yazıb.

"Süzan Ellison (yazıçının həyat yoldaşı. — Report) məndən xahiş etdi ki, Harlan Ellisonun bu gün səhər yuxudan ayılmadığını yazım", — deyə Valada bildirib.

Harlan Ellison 27 may 1934-cü ildə Klivlenddə (Ohayo ştatı) dünyaya göz açıb. O, karyerası ərzində iki mindən çox hekayə, esse, oçerk və məqalə yazıb. Ellison 11 dəfə "Hüqo" ədəbiyyat mükafatı alıb və 5 dəfə "Nebula Award"ın qalibi olub.

Son xəbərlər

Orphus sistemi