Yuxarı
    Bağlamaq

    AMEA-nın Ədəbiyyat İnstitutunda son 10 ildə çap olunan biblioqrafiyaların təqdimatı keçirilib

    Ədəbiyyat İnstitutuna 52 adda 180 nüsxə fundamental sahəvi və şəxsi biblioqrafik nəşrlər çap olunub

    Bakı. 7 dekabr. REPORT.AZ/ Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda dekabrın 7-də Azərbaycan Milli Kitabxanası tərəfindən son 10 ildə çap olunan biblioqrafiyaların təqdimat mərasimi keçirilib.

    Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Ədəbiyyat İnstitutuna 52 adda 180 nüsxə Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasında çap olunan N.Gəncəvi, M.Ə.Sabir, M.F.Axundzadə, S.Vurğun, B.Vahabzadə, Elçin, İ.Əfəndiyev, Ü.Hacıbəyov, Q.Qarayev və digər şəxsiyyətlər haqqında fundamental sahəvi və şəxsi biblioqrafik nəşrlər təqdim olunub.

    Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan Milli Kitabxanasının son illərdə həyata keçirdiyi əhəmiyyətli layihələrdən, kitabxananın ölkənin ictimai həyatında fəal iştirak etməsindən, bəhs edib. O, gələcəkdə Milli Kitabxana ilə Ədəbiyyat İnstitutunun əlaqələrinin genişlənəcəyi barədə də məlumat verib.

    İ.Həbibbəyli iki müəssisə arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanacağını və bundan sonra biblioqrafiyaların tərtibində birgə tədqiqat işlərinin həyata keçirilməsini, eyni zamanda Milli Kitabxananın elektron kitabxanasının virtual oxu zalının Nizami adına Ədəbiyyat İnstitutunda açılmasının əhəmiyyətini vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi