AMEA-da Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçirilib - FOTO

AMEA-da Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçirilib - FOTO Çingiz Abdullayev: "Cəbhə xəttində baş verən hadisələrin öz müsbət həllini tapması üçün güclü təbliğat işləri aparılmalıdır"
Ədəbiyyat
14 Aprel , 2016 18:42
AMEA-da Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçirilib - FOTO

Bakı. 14 aprel. REPORT.AZ/ AMEA-nın Alimlər Evində dünya şöhrətli detektiv yazarı, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçirilib. Tədbir AMEA və Bilik Fondunun təşkilatçılığı ilə baş tutub.  

"Report" xəbər veir ki, tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq, Alimlər Evində təşkil olunan ilk görüşün əhəmiyyətini vurğulayıb, əsas məqsədin dünya şöhrətli yazıçı Çingiz Abdullayevi daha yaxından tanımaq olduğunu bildirib. Alim Çingiz Abdullayevin ən çox oxunan dedektiv yazarlardan biri olduğunu qeyd edərək, böyük yazıçının zəngin ədəbi yaradıcılğından söz açıb. Onun yaratdığı “Dronqo” obrazının milyonlarla oxucu tərəfindən sevildiyini, bu obrazın öz sələfi olan detektiv qəhrəmanlarının bir çox müsbət keyfiyyətlərini özündə birləşdirdiyini diqqətə çatdırıb: “Görkəmli yazıçının əsərləri nəinki Azərbaycanda, eləcə də dünyanın yüzlərlə ölkəsində böyük məhəbbətlə oxunur”.

AMEA-nın vitse-prezidenti dedektiv janrının görkəmli nümyəndəsi olan Çingiz Abdullayevi tanınmış dünya yazarları ilə müqayisə edərək, onun siyasi detektiv əsərlərinin dünyada örnək kimi qəbul edildiyini bildirib.

Sonra xalq yazıçısı Çingiz Abdullayev yaradıcılığının əsas istiqamətləri barədə danışıb. O, gənclərimizi daha çox bədii kitab oxumağa səsləyərək, mütaliənin xalqın mədəniyyəti və gələcəyinə xidmət etdiyini söyləyib.

Ç.Abdullayev yazıçı beyninin məhsulu olan əsərlərin hansı dildə yazılması məsələsinə də toxunaraq qeyd edib ki, vacib məqam mahiyyət etibarilə yazarın dünya miqyasında qəbul olunması və oxucu kütləsi qazanmasıdır.

Yazıçı son zamanlar cəbhə xəttində baş verən hadisələrə münasibət bildirərək, bu məsələnin öz müsbət həllini tapması üçün güclü təbliğat işlərinin aparılmasının vacibliyini vurğulayıb. Bu işlərin həyata keçirilməsi, ölkə həqiqətlərinin dünyaya çatdırılması yönündə Azərbaycan yazıçılarının üzərinə də mühüm vəzifələrin düşdüyünü dilə gətirib.

Sonda yazıçı tədbir iştirakçılarının suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi