Alberto Moravianın “Çoçara” kitabı Azərbaycan dilində nəşr olunub

Alberto Moravianın “Çoçara” kitabı Azərbaycan dilində nəşr olunub Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli italyan nasiri Alberto Moravianın “Çoçara” kitabı işıq üzü görüb.
Ədəbiyyat
16 Aprel , 2018 15:01
Alberto Moravianın “Çoçara” kitabı Azərbaycan dilində nəşr olunub

Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli italyan nasiri Alberto Moravianın “Çoçara” kitabı işıq üzü görüb.

Bu barədə "Report"a Mərkəzin Mətbuat xidmətindən məlumat verilib.

Alberto Moravia – dünya ədəbi fikir müstəvisində bir çox əsərləri, o cümlədən “Həyat oyundur”, “Müsahibə”, “Diqqət”, “Özgə həyat” romanları, xüsusən dünya ədəbiyyatı oxucusunun marağına səbəb olan böyük maraqla oxunan “Roma hekayələri” silsiləsi ilə tanınır.

Yazıçının “Çoçara” romanı, eləcə də “Roma hekayələri” silsiləsindən olan “Mario”, “Dostluq”, “Bədxərc”, “Təlx ovqat”, “Bürkü zarafatları”, “Kötük”, “Körpə”, “Roma sikkəsi”, “Dublyor” kimi otuza yaxın hekayəsi daxil edilmiş kitabı dilimizə Etimad Başkeçid və Mahir N. Qarayev çevirib.

Son xəbərlər

Orphus sistemi