Akademik Ziya Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə" kitabı Belqradda nəşr olunub

Akademik Ziya Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə" kitabı Belqradda nəşr olunub Belqradın "Total Trade İnternational" nəşriyyatında çap olunan əsəri Qradimir Poliç və Nina Poliç tərcümə edib
Ədəbiyyat
3 İyun , 2016 10:38
Akademik Ziya Bünyadovun Azərbaycan VII-IX əsrlərdə kitabı Belqradda nəşr olunub

Bakı. 3 iyun. REPORT.AZ/ Görkəmli tarixçi alim, akademik Ziya Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə" kitabı Serbiyada çap olunub.

Bu barədə "Report"a Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən məlumat verilib.

Kitab Azərbaycanın Serbiyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə nəşr edilib.

Belqradın "Total Trade İnternational" nəşriyyatında çar olunan əsəri tanınmış serb mütəxəssisi Draqolyub Masliçin redaktorluğu ilə Qradimir Poliç və Nina Poliç tərcümə edib.
Qeyd edək ki, akademik Ziya Bünyadovun 1500 tirajla nəşr olunan son dərəcə qiymətli əsərinin Qərbi Balkanda nəşri səfirliyin bu sahədə ilk işi deyil. Təkcə son beş il ərzində Belqradda, Novi Sadda, Sarayevoda və Podqoritsada bir sıra kitablar - "Görkəmli adamların həyatı" silsiləsindən "Heydər Əliyev" və professor Zemfira Səfərovanın "Üzeyir Hacıbəyli" kitabları, Cəlil Məmmədquluzadənin "Seçilmiş əsərləri", Rəsul Rzanın "Rənglər" poeması, Elçinin "Ölüm hökmü", Çingiz Abdullayevin “Balkan opponentləri”, Kamal Abdullanın "Yarımçıq əlyazma" romanları, "Qarabağ həqiqəti", "Erməni soyqırımı: miflər və gerçəklər", "223-cü Qırmızı Bayraqlı Belqrad diviziyası" və s. kimi elmi, tarixi, bədii, sənədli nəşrlər serb və Çernoqoriya dillərinə tərcümə olunaraq adı çəkilən ölkələrdə işıq üzü görüb. 

Son xəbərlər

Orphus sistemi