Afaq Məsud nüfuzlu mükafata layiq görülüb

Afaq Məsud nüfuzlu mükafata layiq görülüb Yazıçı "Mənsur Həllac" əsərinə görə qalib seçilib
Ədəbiyyat
140
25 Noyabr , 2015 19:57
Afaq Məsud nüfuzlu mükafata layiq görülüb

Bakı. 25 noyabr. REPORT.AZ/ Yazıçı-dramaturq, əməkdar incəsənət xadimi Afaq Məsudun "Mənsur Həllac" əsəri görkəmli türk dramaturqu Haldun Tanerin anadan olmasının 100 illiyi münasibətilə keçirilən "Beynəlxalq Səhnə Əsərləri müsabiqəsi"nin qalibi olub.

Bu barədə "Report"a Mərkəzdən məlumat verilib.

Bu barədə Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu yazıçıya təbrik məktubu ünvanlayıb.

Məktubda bildirilib ki, "Mənsur Həllac" əsəri müsabiqəyə 18 ölkədən daxil olmuş 109 əsər arasından seçilən 3 qalibdən biri olub.

Qaliblərin mükafatlandırma mərasimi 8 dekabr 2015-ci il tarixdə Türkiyə Mədəniyyət Nazirliyinin "Kiçik teatr" binasında keçiriləcək.

Qeyd edək ki, müsabiqəyə İran, İraq, Türkmənistan, Dağıstan və digər türkdilli ölkələrlə yanaşı, Qazaxıstandan 16, Qırğızıstandan 11, Azərbaycandan 16, Türkiyədən isə 23 əsər təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi