Yuxarı

​60 yaşlı yazıçının latın qrafikasında ilk kitabı nəşr olunub

Kitaba yazıçının Zədə romanı, povestləri 1990-2000-ci illərdə yazdığı hekayələri toplanıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yazıçı, tərcüməçi Saday Budaqlının 60 yaşının tamamı münasibəti ilə nasirin "Yolüstü söhbət" kitabını nəşr edib.

Bu barədə "Report"a mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Kitaba yazıçının "Zədə" romanı, povestləri, 1990-2000-ci illərdə yazdığı hekayələri toplanıb.

Qeyd edək ki, Saday Budaqlı 1955-ci ildə anadan olub. 1984-cü ildə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirib. Povest və hekayələrdən ibarət kitabları Azərbaycan və rus dillərində 90-cı illərdə Moskvada və Bakıda çapdan çıxıb. Moskvada nəşr olunan "Uduş" kitabına görə Maksim Qorki adına Ümumittifaq Mükafatına layiq görülüb. Moskvanın "Nedelya" həftəlik məcmuəsinin laureatıdır. 1982-ci ildə "Drujba Narodov" jurnalının "İlin ən yaxşı hekayəsi" mükafatını qazanıb. 2009-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" mükafatına layiq görülüb. Hekayələri ingilis, yapon, litva, türk və başqa dillərə tərcümə olunub.

"Yolüstü söhbət" - Saday Budaqlının latın qrafikasında nəşr olunan ilk kitabıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi