Yuxarı

​Yunanıstanda etirazçılar yüzlərlə məktəb binasını ələ keçirməyə başlayıblar

​Yunanıstanda etirazçılar yüzlərlə məktəb binasını ələ keçirməyə başlayıblar
Tələbələr ümumtəhsil fənləri üzrə dərs saatlarının azaldılmasını tələb edirlər

Bakı. 6 noyabr. REPORT.AZ/ Yunanıstanda tələbələr və məktəblilər təhsil sistemində aparılan islahatlara etiraz əlaməti olaraq küçələrə çıxıblar.

Report Euronews-a istinadən xəbər verir ki, nümayişçilər noyabrın 6-da islahatlara yenidən baxılması tələbi ilə paytaxt Afinanın mərkəzi küçəsində yürüş ediblər.

Tələbələr ümumtəhsil fənləri üzrə dərs saatlarının azaldılması və semestrın yekunları üzrə qiymətləndirmə sisteminin dəyişdirilməsinin planlaşdırılmasından narazıdırlar.

"Yeni təhsil standartları heç vaxt qüvvəyə minməməlidir. Bu o deməkdir ki, məktəblərdə daha az şagird təhsil alacaq. Oxumaq çətin olacaq, valideynlərimiz isə ali məktəblərə qəbul zamanı hazırlıqlara daha çox pul ödəməli olacaqlar", - deyə mitinq iştirakçıları bildiriblər.

Mərkəzi küçədə yürüş etməklə kifayətlənməyən nümayişçilər, ölkə üzrə yüzlərlə məktəb binasını ələ keçirməyə başlayıblar. Ali Məhkəmə artıq məktəblərin zəbt olunması ilə bağlı araşdırmaya başlayıb.

Yunanıstanda tələbə və məktəblilərin etiraz aksiyaları noyabrın 3-də baş qaldırıb.

Hakimiyyət nümayəndələri etiraz aksiyalarının təşkilinə görə müxalifət qüvvələrini ittiham edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi