Yuxarı

Venesuelada Ali Məhkəmənin binasına helikopterlə hücum edilib

Venesuelada Ali Məhkəmənin binasına helikopterlə hücum edilib
Ölkə prezidenti baş verən hadisəni terror aktı kimi qiymətləndirib

Bakı. 28 iyun. REPORT.AZ/ Venesuelanın paytaxtı Karakas şəhərində Ali Məhkəmənin binası polis helikopteri tərəfindən hücuma məruz qalıb. 

"Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Nikolas Maduro məlumat verib. 

Venesuelanın dövlət başçısı bildirib ki, məhkəmə binasına helikopterdən iki qumbara atılıb: "Həmin vaxt binada insanlar olub. Bu yüzlərlə insanın xəsarət alması ilə nəticələnə bilərdi". 

N.Maduro deyib ki, helikopter həmçinin Venesuela Daxil İşlər Nazirliyinin binasının üstündən keçib: "Helikopteri ölkənin keçmiş daxili işlər naziri Migel Rodriges Torresin pilotu idarə edib". 

Venesuela prezidenti baş verən hadisəni terror aktı kimi qiymətləndirərək, xüsusi xidmət orqanlarından tədbir görməsini xahiş edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi