Yuxarı

​Suriyanın Kobani şəhərində 700 terrorçu məhv edilib

Bununla belə şəhərdə ölənlərin sayı 1200 nəfəri ötüb

Bakı. 16 noyabr. REPORT.AZ/ Suriyanın Kobani şəhərində iki aydır davam edən döyüşlər nəticəsində 700-dən artıq terrorçu məhv edilib.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bununla belə şəhərdə ölənlərin sayı 1200 nəfəri ötüb.

Məlumdur ki, öldürülənlərin əksəriyyəti "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının üzvləridir.

Xatırladaq ki, terrorçular sentyabrın ortalarından Kobani şəhərini ələ keçirməyə çalışırlar.

Eyni zamanda, ötən sutka ərzində Suriyada 270-dən artıq terrorçunun silahı yerə qoyduğu bildirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi