Yuxarı

​Suriyada İŞİD mövqelərinin bombalanması nəticəsində 21 nəfər ölüb

Təqribən 100 nəfər yaralanıb

Bakı. 9 noyabr. REPORT.AZ/ Suriyanın hökumət qoşunları ölkənin şimal-şərqində yerləşən Əl-Bab şəhərinə havadan zərbələr endiriblər.

"Report" BBC-yə istinadən xəbər verir ki, "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının nəzarəti altında olan ərazilərin bombalanması nəticəsində ən azı 21 nəfər ölüb.

Britaniyada yerləşən Suriya İnsan Haqlarına Riayət Olunmasının Monitorinqi Mərkəzinin hüquq müdafiəçilərinin sözlərinə görə, dinc əhali arasında zərər çəkənlər var, təqribən 100 nəfər yaralanıb.

Onların məlumatına görə, hərbi vertolyotlar şəhərə bir neçə "çəllək bombası" atıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi