Yuxarı

Son bir həftədə İspaniyanın müxtəlif bölgələrində 10 nəfərdə "Zika" virusu aşkarlanıb

İspaniyada Latın Amerikasından gələn təxminən 250 nəfərin bu virusa yoluxduğu ehtimal edilir

Bakı. 5 fevral. REPORT.AZ/ Son bir həftədə İspaniyanın Mursiya, Kastiliya, Kataloniya və Madrid kimi müxtəlif bölgələrində "Zika" virusuna yoluxan 10 nəfərə rast gəlinib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, həmin insanların əksəriyyəti bir müddət əvvəl Latın Amerikası ölkələrində olublar.

Kataloniyada 4-ü kişi, 2-si qadın olmaqla 6 nəfərdə virus müəyyən edilib. Şəhərin səhiyyə idarəsindən o da qeyd olunub ki, xəstələrdən biri 14 həftəlik hamilə qadındır. Onun bir müddət əvvəl Kolumbiyadan qayıtdığı və İspaniyada "Zika" virusuna yoluxan ilk hamilə qadın olduğu açıqlanıb.

"Ölkədə Latın Amerikasından gələn təxminən 250 nəfərin bu virusa yoluxduğu ehtimal edilir. Lakin virusun İspaniyada yayılma riski minimumdur. Bundan sonra virusa yoluxan insanların olması və sayın artması normaldır. Fevralın 10-dan etibarən "Zika"ya qarşı imzalanan protokolun icrasına başlanılacaq" - İspaniyanın səhiyyə naziri Sureta Alonso vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi