Yuxarı
    Bağlamaq

    Şiə din adamının edamı İran - Səudiyyə Ərəbistan münasibətlərini gərginləşdirib

    İranın Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirib

    Bakı. 2 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanda müxtəlif terrorların törədilməsində təqsirli bilinən 47 nəfərin edam olunması İran və Səudiyyə Ərəbistan arasında olan münasibətləri gərginləşdirib. "Report"un məlumatına görə, buna səbəb edam olunanlar arasında din adamı Ayətullah Nemr Bakır ən-Nəmrin olmasıdır.

    Şiə din adamının edamı başda İran olmaqla Yəmən və Livanın etirazına səbəb olub. İranın Xairici İşlər Nazirliyinin sözcüsü Hüseyn Cabir Ensari Səudiyyə Ərəbistanının bu edamın bədəlini ödəmək məcburiyyətində olacağını deyib.

    İranın tanınmış din adamlarından Ayətullah Əhməd Hatemi isə bu əməlin Səudiyyə Ərəbistanın Kral ailəsinin yox olması ilə nəticələnəcəyini bildirib.

    Qeyd edək ki, Tehran rəsmiləri daha öncə Nemr Bakır Ən-Nəmrin edam olunmaması ilə bağlı xəbərdarlıq etmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi