Yuxarı

​Səudiyyə Ərəbistanı kosmetikasız qadınlara sürücülük vəsiqəsi verəcək

Sürücülük vəsiqəsindən yaşı 30-dan yuxarı olan qadınlar istifadə edə biləcəklər

Bakı. 9 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Kralı yanında fəaliyyət göstərən Ağsaqqallar Şurası qadınların avtomobil sürməsinə icazə verən meyarlar toplusu hazırlayıb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press"ə istinadən "Lenta.ru" məlumat yayıb.

Təklif olunan normalara görə, sürücülük vəsiqəsindən yaşı 30-dan yuxarı olan qadınlar istifadə edə biləcəklər. Bununla belə onlar öz avtomobillərindən günün işıqlı vaxtı (Səhər saat 7-dən axşam 8-dək), həmçinin kosmetikasız vəziyyətdə istifadə etməlidirlər. Həmçinin qadınlar avtomobil sürmək üçün ərlərindən və ya atalarından, onların yoxluğunda isə qardaşlarından və ya oğullarından icazə almalıdırlar. Qadın sürücülər iri yaşayış məntəqələrinin hüdudlarından kənara çıxdıqda isə onları mütləq kişi qohumları müşayiət etməlidir.

Maşında nasazlıq yarandığı və yaxud hansısa başqa bir çətinlik ortaya çıxdığı zaman onlara bu işdə "dini idarə" köməklik göstərəcək.

Səudiyyə Ərəbistanı dünyanın yeganə ölkəsidir ki, burada qanunvericiliklə qadınların avtomobil sürməsinə icazə verilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi