Yuxarı

ABŞ Senatı anti-terror qanunu ilə bağlı səsverməyə hazırlaşır

Prezident Obamanın sözlərinə görə, qanun layihəsinin qarşısı yalnız bir qrup senator tərəfindən alınır

Bakı. 1 İyun. REPORT.AZ/ ABŞ-ın Mərkəzi Kəşfiyyat agentliyinin direktoru Con Brennan xəbərdarlıq edib ki, qlobal terrorçular ölkədə milli təhlükəsizliklə əlaqədar izləmə əməliyyatlarında fasilədən istifadə etmək istəyir.

"Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, sözü gedən sənəd  bu gün gecə yarıya qədər yenidən təsdiq edilməsə onun müddəti bitəcək.

Con Brennan CBS telekanalında müsahibə zamanı bazar günü qeyri-adi axşam iclası keçiricək Senatı Milli Təhlükəsizlik Agentliyinin ABŞ-a qarşı mümkün hücumların qarşısını almaq üçün amerikalılar və terror şbühəlilərinin telefon danışıqları haqda məlumat toplamasına imkan verən qanun layihəsini təsdiq etməyə çağırıb.

O, terrorçu elementlərin Birləşmiş Ştatlarda baş verənləri diqqətlə izlədiyini deyib.

Senatın Milli Təhlükəsizlik Agentliyinin telefon zəngləri haqda məzmun deyil, nömrələr, onların vaxtı və davamiyyəti haqda məlumatları toplamasında müvəqqəti fasiləyə imkan verməmək üçün vaxtında səs verəcəyi aydın deyil. Kəşfiyyat agentliyi telefon danışıqları haqda məlumatları özündə saxlayır, lakin Konqresin Nümayəndələr Palatası Milli Təhlükəsizlik Agentliyinin telefon danışıqları haqda məlumatları toplamasına son qoya biləcək islahatları qəbul edib. Bu islahatlar Milli Təhlükəsizlik Agentliyinin ayrı-ayrı hallarda telefon şirkətlərinin əldə etdiyi məlumatları nəzərdən keçirməsinə imkan verməsini nəzərdə tutur.

Senatın Nümayəndələr Palatasında təsdiq edilmiş qanun layihəsini qəbul edib-etməməsi də aydın deyil. Telefon danışıqlarının monitorinqinin əleyhdarı, 2016-cı ildə prezident seçkilərində namizədliyini irəli sürmüş respublikaçı senator Rand Pol hazırkı qanun layihəsinin müddətinin uzadılmasının qarşısını almağa, ya da islahatlara səs verməyə söz verib. İzləmə məsələsində respublikaçıların əksəriyyəti və bir sıra demokrat qanunvericidən fərqli olaraq hazırkı Patriot Aktının telefon danışıqları haqda məlumatları toplamaqla amerikalıların özəl hüquqlarına müdaxilə etdiyini bildirir.

ABŞ prezidenti Barak Obama Senatı Konqresin Nümayəndələr Palatasının təsdiq etdiyi ABŞ Azadlıq Aktını qəbul etməyə çağırıb. Prezident Obamanın sözlərinə görə, qanun layihəsinin qarşısı yalnız bir qrup senator tərəfindən alınır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi