Yuxarı

​Rusiya prezidenti Vladimir Putin Davos forumunda iştirak etməyəcək

Cədvəldə belə bir səfər yoxdur. Ona hazırlıq işləri görülmür

Bakı. 15 noyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinin iş cədvəlində Davosda keçiriləcək iqtisadi foruma getmək qeyd olunmayıb.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Bundan əvvəl kütləvi informasiya vasitələrində Rusiya prezidentinə Dünya İqtisadi Forumunda iştirak etmək üçün dəvətnamənin göndərilməsi haqqında məlumatlar yayılmıdı.

"Cədvəldə belə bir səfər yoxdur. Ona hazırlıq işləri görülmür", — deyə Peskov qeyd edib.

O, Davos forumunda Rusiyanı kimin təmsil edəcəyini də bilmədiyini söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi