Yuxarı

Rusiya naziri: xaricə çıxarılan pulun həcmi azalmaqdadır

nton Siluanov cari ilin yekunlarına əsasən xaricə çıxarılan pul kütləsinin 80 milyard dollara yaxın olacağını bildirib

Bakı. 20 İyun. REPORT.AZ/ Rusiyanın maliyyə naziri rublun məzənnəsinin sabitləşdiyini və əsas stavkaların aşağı düşməkdə olduğunu vurğulayıb.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Anton Siluanov cari ilin yekunlarına əsasən xaricə çıxarılan pul kütləsinin 80 milyard dollara yaxın olacağını bildirib. O, bu rəqəmin daha öncəki dəyərləndirmələrdən aşağı olduğunu deyib. 

"Pul axını azalmaqdadır. Dəyərləndirmələrə görə o bir neçə ay əvvəl zənn edilən – 120-130 yox, 80 milyard dollar təşkil edəcək”, - Rusiya 24 kanalına danışan Siluanov deyib.

Bununla yanaşı nazir rublun dollara nisbətini və neft qiymətlərini makroiqtisadiyyat baxımından mükəmməl adlandırıb.

Siluanovun sözlərinə görə belə bir nisbət iqtisadiyyatda struktur islahatalrı stimullaşdırır.

Bundan əvvəl Rusiyanın iqtisadiyyat naziri Aleksey Ulyukayev 2015-ci ildə ölkəni tərk edəcək kapitalın 90 milyard dollardan artıq olacağını proqnoz etmişdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi