Yuxarı

Qüdsdə sinaqoqa hücum edənlərin evləri söküləcək

Qüdsdə sinaqoqa hücum edənlərin evləri söküləcək
Netanyahu qanlı insident sonrası təhlükəsizlik məsələləri ilə bağlı müşavirə keçirib

Bakı. 19 noyabr. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahu Qüdsdə sinaqoqa silahlı hücum edən iki fələstinlinin evlərinin uçurdulmasına dair göstəriş verib.

"Report"-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, B.Netanyahu qanlı insident sonrası təhlükəsizlik məsələləri ilə bağlı müşavirə keçirib.

Müşavirə zamanı müdafiə naziri Moşe Yaalon başda olmaqla bir sıra nazirlər iştirak edib.

Binyamin Netanyahu, həmçinin, son bir neçə həftə ərzində terror aktları törətmiş terrorçuların da evlərinin uçurdulmasının sürətləndirilməsinə dair tapşırıq verib.

Ötən gün balta və bıçaqla silahlanmış iki naməlum şəxsin sinaqoqa hücumu nəticəsində terrorçular da daxil olmaqla 5 nəfər dünyasını dəyişib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi