Yuxarı

Qazaxıstan Müstəqil Həmkarlar İttifaqı Konfederasiyasının üzvləri həbs olunub, işçilər tətil elan ediblər

Qazaxıstan Müstəqil Həmkarlar İttifaqı Konfederasiyasının üzvləri həbs olunub, işçilər tətil elan ediblər
Məhkəmənin qərarı ölkənin qərbində neftçilərin aclıq aksiyasına səbəb olub

Bakı. 25 yanvar.REPORT.AZ/ Qazaxıstan məhkəməsinin Müstəqil Həmkarlar İttifaqı Konfederasiyasının (KNPRK) qeydiyyatını ləğv etməsi təşkilatın iki rəhbər şəxsinin həbsinə, həmçinin ölkənin qərbində neftçilərin aclıq aksiyasına səbəb olub.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu il yanvarın 4-də Cənubi Şimkent şəhər iqtisad məhkəməsi fevraldan etibarən KNPRK-nin bağlanmasına dair qərar qəbul edib. Buna səbəb filialların ölkənin 16 regionundan ən azı 9-da yenidən qeydiyyatdan keçirilməsidir.

Məsul şəxs Amin Yeleusinov və sədr müavini Nurbek Kushakbaev tətil çağırışlarına görə həbs olunublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi