Yuxarı
    Bağlamaq

    ​Polşada nümayişçilərlə polis arasında toqquşma baş verib

    Nümayişçilərə qarşı dəyənək, gözyaşardıcı qaz və su şırnağı tətbiq olunub

    Bakı. 11 noyabr. REPORT.AZ/ Varşavada millətçilər tərəfindən keçirilən Müstəqillik marşı zamanı polis ilə aksiya iştirakçıları arasında toqquşma baş verib.

    "Report" Lenta.Ru-ya istinadən xəbər verir ki, bu barədə "Wyborcza" nəşri məlumat yayıb.

    "Polşa gəncləri" və "Milli radikal düşərgə" sağçı hərəkatları tərəfindən təşkil olunan yürüşdə beş minə yaxın adam iştirak edib.

    Toqquşma zamanı bir neçə polis əməkdaşı yaralanıb. Xəsarət alanların dəqiq sayı açıqlanmır. Qarşıdurmaların mərkəzi Konstitusiya meydanı və ona yaxın olan Marşalkovski küçəsi olub. Qanun keşikçiləri nümayişçilərə qarşı dəyənək, gözyaşardıcı qaz və su şırnağı tətbiq ediblər.

    Təqribən 100 nəfər saxlanılaraq polis məntəqələrinə aparılıb. Onların arasında həm sağçı, həm də solçular var.

    11 Noyabr tarixi Polşada Müstəqillik günü kimi qeyd olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi