Yuxarı

Obama: Rusiya Ukraynada getdikcə daha aqressiv davranır

Obama bu açıqlamanı Ağ Evdə NATO-nun Baş katibi Cens Stoltenberqlə danışıqlardan sonra verib

Bakı. 27 May. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Rusiyanın Ukraynada getdikcə daha aqressiv mövqe tutmağa başladığını deyib.

"Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, Obama bu açıqlamanı Ağ Evdə NATO-nun Baş katibi Cens Stoltenberqlə danışıqlardan sonra verib.

ABŞ prezidenti deyib ki, o və NATO baş katibi Ukrayna hökuməti və Rusiya tərəfdarı olan separatçlar arasında əldə edilmiş atəşkəsə dair razılığa əməl olunmasının və Ukraynanın ərazi bötüvlüyünün təmin olunmasının əhəmiyyətini bir daha vurğulayıb.

Stoltenberq Rusiyanı separtçılara dəstəyə son qoymağa və hərbi qüvvələri Ukraynanın şərqindən çıxarmağa çağırıb.

BMT-nin təxminlərinə görə, Ukraynanın şərqində bir il əvvəl başlanan döyüşlər nəticəsində 6 mindən çox insan həyatını itirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi