Yuxarı

NATO-ya üzv 28 dövlətin müdafiə nazirləri Brüsseldə görüşəcək

Ukraynaya silah yardımı məsələsinə iclasda baxılmayacaq

Bakı. 5 fevral. REPORT.AZ/ NATO-ya üzv 28 dövlətin müdafiə nazirləri bu gün Brüsseldə iclas keçirəcək.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, iclasda Alyans ölkələrinin yeni təhlükə və çağırışlara qarşı birgə addımları mövzusu ilə yanaşı Ukraynadakı böhranlı vəziyyət və Gürcüstanla əməkdaşlıq kimi məsələlər də müzakirə predmeti olacaq.

NATO nümayəndələri artıq bəyan ediblər ki, Ukraynaya silah yardımı ilə bağlı məsələyə iclasda baxılmayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi