Yuxarı

Mitt Romney ABŞ prezidentliyinə namizəd olmaq fikrindən daşınıb

Namizəd olmaq hüqüqunun başqa bir şəxsə verilməsi daha məqsədəuyğundur

BAKI. 30 yanvar. REPORT.AZ/ 2012-ci ildə Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd elan edilən, lakin hazırki dövlət başçısı Barak Obamaya məğlub olan Mitt Romney 2016-cı ildə keçiriləcək növbəti prezident seçkilərində yenidən namizəd olmaq fikrindən daşınıb.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, məsələ ilə bağlı xüsusi bəyanatla çıxış edən Romney bildirib ki, Respublikaçılar partiyasından prezidentliyə namizəd olmaq hüqüqunun başqa bir şəxsə verilməsi daha məqsədəuyğundur.

"Bu barədə çox düşündüm. Nəticədə belə qərara gəldim ki, seçkilərdə iştirak etməyim", - deyə 67 yaşlı Romney qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi