Yuxarı

Merkel dünyanın ən nüfuzlu 100 qadını siyahısında yenə birincidir

“Forbes” jurnalı dünyanın ən nüfuzlu qadınlarının siyahısını tərtib edib

Bakı. 26 May. REPORT.AZ/ “Forbes” jurnalı dünyanın ən nüfuzlu qadınlarının siyahısını tərtib edib.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, zərif cinsin 100 nümayəndəsinin daxil olduğu reytinqə artıq doqquzuncu dəfədir Almaniya kansleri Angela Merkel başçılıq edir. Lakin jurnal bu fikirdədir ki, almaniyalı siyasətçi yaxın vaxtlarda liderlik mövqelərini itirə bilər.

Siyahıda ikinci yeri ABŞ prezidenti postuna namizədliyini irəli sürmüş keçmiş dövlət katibi Hillari Klinton tutur. 2014-cü ildə o, altıncı pillədə yer almışdı.

Reytinqin üçüncü pilləsində ötən il olduğu kimi, bu dəfə də Melinda Qeyts  qərarlaşıb. O, milyarder Bill Qeytsin həyat yoldaşı və eyni adlı xeyriyyə fondunun həmtəsisçisidir.

Siyahıya həmçinin Yeni Zelandiyanın keçmiş baş naziri, BMT-nin İnkişaf Proqramının administratoru Helen Klark da daxil edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi