Yuxarı

Londonda 7 iyul hücumlarının qurbanları anılıb

Londonda 2005-ci il 7 iyul hücumları qurbanlarının xatirəsi gül-çiçək dəstələri və əklillər qoyulmaqla yad edilib

Bakı. 7 iyul. REPORT.AZ/ Böyük Britaniya paytaxtında 10 il bundan əvvəl kamikadzelərin törətdiyi dörd partlayış nəticəsində 52 nəfər həlak olmuşdu. Onların xatirəsi bu gün Londonda keçirilmiş mərasimdə anılıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, baş nazir Devid Kameron və London meri Boris Jonson Hayd parkda ucalan memorial abidə önünə əklillər qoyanlar arasında olublar.

Londonun Müqəddəs Pauls kilsəsində təşkil olunan anım mərasimində 7 iyul hadisələri zamanı yaralananlar və həlak olanların ailə üzvləri iştirak edib.

Kameron hadisənin ildönümü ilə bağlı öz "twitter" səhifəsində yazıb: "7/7 London hücumlarının üstündən 10 il keçsə də, təhlükə hələ sovuşmayıb və realdır, lakin biz terrora heç zaman baş əyməyəcəyik."

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi