Yuxarı

​Küveytin kral ailəsinin üzvü ölüm hökmünə məhkum edilib

Küveytli tələbə otaq qonşusunu qətlə yetirməkdə müqəssir bilinib

Bakı. 6 noyabr. REPORT.AZ/ Biri kral ailəsinin üzvü olan iki küveytli tələbə Birləşmiş Ərəb Əmirliyində otaq qonşusunu qətlə yetirdiyinə görə ölüm hökmünə məhkum edilib.

"Report"un verdiyi xəbərə görə, bu barədə Əmirliyin "The National" nəşri yazıb.

Məlumata görə, həmçinin Küveytdən BƏƏ-yə gələn Şarjah Əmirliyi Universitetinin 19 yaşlı tələbəsi otaq qonşuları tərəfindən ona qarşı edilən 3 günlük zorakılıqdan sonra aldığı yaralardan fevralın 25-də xəstəxanada keçinib.

İki - 20 və 19 yaşlı müttəhim onun ölümündə müqəssir bilinib. Müttəhimlərin sözlərinə görə, onları bu cinayətə pul ilə bağlı yaranan mübahisə sövq edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi