Yuxarı
    Bağlamaq

    ​Kanada İŞİD-in İraqdakı mövqelərinə zərbə endirib

    Hücum zamanı lazer bombalarından istifadə olunub

    Bakı. 12 noyabr. REPORT.AZ/ Kanadanın Hərbi Hava Qüvvələri İraqda "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının artilleriya qüvvələrinə zərbə endirib.

    "Report" "The Toronto Star" nəşrinə istinadən xəbər verir ki, Kanadanın müdafiə naziri Rob Nikolsonun mətbuat katibi Yohanna Kuinneyin sözlərinə görə, bombardımançı CF-18 qırıcısı Tikritin şimalında yerləşən Bəyçi şəhəri yaxınlığında düşmənin artilleriya qüvvələrini məhv etmək üçün lazer bombalarından istifadə edib.

    Qeyd edək ki, Kanada HHQ İŞİD-in mövqelərinə ilk dəfə noyabrın 3-də zərbə endirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi