Yuxarı

​İspaniyada avtobusun uçuruma aşması nəticəsində 12 nəfər ölüb

Yaralıların dəqiq sayı açıqlanmır

Bakı. 9 noyabr. REPORT.AZ/ Şənbə günü axşam İspaniyanın cənub-şərqində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ən azı 12 nəfər dünyasını dəyişib.

"Report" BBC-yə istinadən xəbər verir ki, Madriddən qayıdan avtobus dərəyə düşərək aşıb, daha sonra isə uçuruma yuvarlanıb.

Yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, sürücü və onun yoldaşından götürülən qan analizi onların qanında spirtli içki və narkotik maddə aşkar etməyib.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onların dəqiq sayı açıqlanmır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi