Yuxarı
    Bağlamaq

    İslam Dövləti yaraqlıları İraqın Ramadi şəhərinə hücum edib

    Ramadi qərbi Anbar əyalətinində İraq hökümətinin nəzarəti altında olan son yerlərdən biridir

    Bakı. 22 noyabr. REPORT.AZ/İ slam Dövləti qruplaşması İraqın Ramadi şəhərinə qarşı genişmiqyaslı hücuma başlayıb. Yaraqlılar şəhərə minomyotla atəş açıb.

    Yerli rəsmilər bildirirlər ki, bu hücumun məqsədi əyalət paytaxtını nəzarət altına almaqdır. Ramadi qərbi Anbar əyalətinində İraq hökümətinin nəzarəti altında olan son yerlərdən biridir.

    "Report"-un "Amerikanın Səsi"nə istinadən verdiyi məlumara görə, İslam Dövlətinin silahlı şəxsləri Ramadidə yerləşən hökümət binalarına atəş açıblar. Ölənlərin sayı ilə bağlı heç bir məlumat yoxdur.

    İraq güvvələri və kürd peşmərgə döyüşçüləri sünni İslam Dövləti qrupuna qarşı döyüşürlər. Döyüşlər bu ilin əvvəli şimali və qərbi İraqı əhatə edib.

    İraqda 2014-cü ildə zorakılıqlar artıb. BMT-nin İraqdakı missiyası bildirib ki, oktyabrın sonuna qədər ölkədə 13 mindən çox mülki şəxs və təhlükəsizlik qüvvələrinin əsgərləri həlak olub. Bu rəqəm 2013-cü ildən 75 faiz artıqdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi