Yuxarı

​İŞİD-in lideri Əbu Bəkr əl-Bağdadi yaralanıb

​İŞİD-in lideri Əbu Bəkr əl-Bağdadi yaralanıb
Terrorçu ABŞ-ın İraqa endirdiyi hava zərbələri zamanı zərər çəkib

Bakı. 9 noyabr. REPORT.AZ/ İraqda "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi yaralanıb.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, bu barədə İraqın AİN nəşri yazıb.

Məlumata görə, Əl-Bağdadi ABŞ Hərbi Hava Qüvvələrinin İraqın qərbində yerləşən Ənbar əyalətində silahlıların mövqelərinə endirdiyi hava zərbələri zamanı zərər çəkib.

ABŞ və ya İraqın hakimiyyət orqanları tərəfindən isə faktla bağlı rəsmi məlumat verilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi