Yuxarı

İraqda İŞİD-in 121 silahlısı öldürülüb

Təhlükəsizlik qüvvələri ilə terrorçular arasında silahlı toqquşmalar davam edir

Bakı. 28 may. REPORT.AZ/ İraqda ABŞ hərbçilərinin rəhbərliyi ilə koalisiya və təhlükəsizlik qüvvələrinin İŞİD-ə qarşı apardığı əməliyyatlarda 121 terrorçu öldürülüb, 28 nəfər isə yaralanıb. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı İraq Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb.

Tikritin cənubunda İŞİD qüvvələrinə qarşı aparılan əməliyyatlarda 68 terrorçu öldürülüb. Bağdadın qərbində isə 8 terrorçunun məhv edildiyi və onlara aid 2 döyüş maşınının sıradan çıxarıldığı bildirilir. Digər bir hücumda isə İŞİD-in 25 üzvü də həyatını itirib.

Xatırladaq ki, İraqda İŞİD silahlılarının Mosul başda olmaqla bəzi bölgələrdə nəzarəti ələ keçirdikdən sonra ölkənin müxtəlif yerlərində toqquşmalar davam edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi