Yuxarı

​Hər gün yol qəzalarında 500 uşaq həyatını itirir

Bu gün bütün dünyada yol-nəqliyyat hadisələri qurbanlarının Xatirə günü qeyd edilir

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün bütün dünyada yol-nəqliyyat hadisələri qurbanlarının Xatirə günü qeyd edilir.

"Report" xəbər verir ki, BMT-nin baş katibi Pan Gi Mun bu münasibətlə ünvanladığı müraciətində xatırladıb ki, yollarda baş verən qəzalar 15-29 yaşlı gənclərin ölümünə əsas səbəbdir.

Bundan əlavə, hər gün məktəb və ya bağçaya gedərkən baş verən yol qəzaları nəticəsində yüzlərlə kiçik sərnişin və piyada həlak olur.

"Yol-nəqliyyat hadisələri çox insanın həyatına son qoyur: hər gün qəzalarda 500-dən çox uşaq məktəbə, evə, dostlarının yanına və s. gedərkən və ya qayıdarkən həlak olur. Həmçinin, bütün yaş hədlərində milyonlarla insan şikəst olur", - deyə BMT rəhbəri bildirib.

Pan Gi Mun qeyd edib ki, bu il Beynəlxalq gün 2020-ci ilədək davam edəcək Yol hərəkəti təhlükəsizliyinin təmin olunması üzrə fəaliyyətin onilliyi kontekstində

sürət həddini aşma ilə mübarizəyə həsr olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi