Yuxarı

​Fransada 35 minə yaxın fermer kütləvi etiraz aksiyası keçirib

Yerli fermerlər camaata pulsuz alma məhsulları paylayıblar

Bakı. 7 noyabr. REPORT.AZ/ Ötən çərşənbə günü bütün Fransa ərazisində fermerlərin kütləvi etiraz aksiyası keçirilib.

Report İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, təqribən 35 min fermer iri şəhərlərin küçələrinə çıxaraq hökumətə etiraz ediblər.

Milli Kənd Təsərrüfatı Həmkarlar İttifaqları Federasiyasının rəhbəri Ksavye Belenin sözlərinə görə, Fransa ərazisində artıq uzun illərdir bu miqyasda fermer hərəkatı müşahidə olunmadığı üçün, hazırda ciddi vəziyyət yaranıb.

Fransa fermerlərinin əsas tələbi, inzibati prosedurların yüngülləşdirilməsi və Fransanı Avropa Komissiyası ilə bağlayan çoxsaylı kənd təsərrüfatı normalarının ləğv edilməsindən ibarətdir.

Ekspertlərin rəyinə görə, Fransa təsərrüfatı hazırda qonşu ölkələr ilə sadəcə rəqabət aparmaq iqtidarında deyil. Əgər İspaniyada kənd təsərrüfatında əmək haqqı bir saat üçün 4-5 avro təşkil edirsə, Fransada bu göstərici iki dəfə çoxdur.

Bununla belə, Marseldə yerli fermerlər nümayişkəranə şəkildə aksiya keçirərək arzu edənlərə satılmayan alma məhsulları paylayıblar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi