Yuxarı
    Bağlamaq

    Suriyadakı hücumlarda 92 nəfər ölüb

    Əsəd rejiminə məxsus qüvvələrin keçirdiyi əməliyyat zamanı ən çox itki paytaxtda qeydə alınıb

    Bakı. 24 yanvar. REPORT.AZ/ Suriyada Bəşər Əsəd rejiminə məxsus qüvvələrin müxtəlif şəhərlərdə müxalifətin nəzarətində olan ərazilərə quru və havadan təşkil etdiyi hücumlarda 92 nəfərin öldüyü bildirilib. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

    Suriya İnsan Haqları Təşkilatının (SNHR) yaydığı məlumata görə, rejim qüvvələrinin havadan və qurudan hakimiyyətə qarşı çıxanların nəzarətində olan əraziləri ağır silahlarla bombardman etməsi nəticəsində çoxlu sayda insan təlafatı qeydə alınıb. Ən çox itki isə paytaxt Dəməşqdə 61 nəfərin ölümü olub.

    Suriyanın rəsmi agentliyi SANA-nın yaydığı məlumatda isə təhlükəsizlik qüvvələrinin Hələb, Dəməşq və ətraf ərazilərdə keçirdiyi əməliyyatlarda çoxlu sayda silahlı qruplaşmanın zərərsizləşdirildiyi qeyd olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi