Yuxarı
    Bağlamaq

    Britaniya polisi Paris hadisələrinin ardınca yəhudilərin mühafizəsini gücləndirib

    Birləşmiş Krallıqda 260 min yəhudinin yaşadığı təxmin edilir

    Bakı. 10 yanvar. REPORT.AZ/ Britaniya polisi ölkənin yəhudilər yaşayan hissələrində xüsusi təhlükəsizlik tədbirlərini gücləndirib.

    "Report" Azadlıq radiosuna istinadla xəbər verir ki, 260 min yəhudinin yaşadığı təxmin edilən Birləşmiş Krallıqda sinaqoqların və yəhudilərə aid başqa obyektlərin mühafizəsi üçün tədbirlər görülür.

    Ekspertlər son illərdə Britaniyada antisemitizmlə bağlı insidentlərin xeyli artdığını bildiriblər. Bu əhval-ruhiyyə xüsusən də Qəzza zolağında fələstinlilərlə İsrail arasında son toqquşmalardan sonra güclənib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi