Yuxarı
    Bağlamaq

    BMT-nin Təhlükəsizlik Şurası Qüdsə görə təcili toplantı keçirəcək

    İclas bazar ertəsi baş tutacaq

    Bakı. 23 iyul. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurasının Qüdsdəki vəziyyətlə bağlı təcili iclası çağırılıb.

    "Report" bildirir ki, iclas bazar ertəsi baş tutacaq.

    Bundan əvvəl İsveçin BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi bildirmişdi ki, Misir, İsveç və Fransa nümayəndələri Qüdsdə vəziyyətin deeskalasiyası ilə əlaqədar iclasın keçirilməsini təklif ediblər.

    Hazırda Qüdsdə vəziyyət gərgindir. Orada üç fələstinli həlak olub, onlarla insan yaralanıb. Hər şey İsrail hökumətinin təhlükəsizlik tədbirlərini gücləndirməsindən sonra baş verib. Yerli müsəlmanlar İslam dünyasının öz əhəmiyyətinə görə üçüncü müqəddəs yerinə metal axtaran qurğular qoyulmasına qəzəbləniblər.

    Xatırladaq ki, ötən həftə iki İsrail polisinin fələstinlilər tərəfindən qətlə yetirilməsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi