Yuxarı

Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların vaxtını uzadıb

Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların vaxtını uzadıb
Qərar yekdilliklə qəbul edilib

Bakı. 28 iyun. REPORT.AZ/ Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların vaxtını daha 6 ay uzatmağa qərar verib.

"Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, Aİ Şurası bu gün bu barədə bəyanatla çıxış edib.

Sanksiyalar 2018-ci il yanvarın 31-dək qüvvədə olacaq. 

Qərar yekdilliklə Fransa prezidenti Emanuel Makron və Almaniya kansleri Angela Merkelin Aİ-yə üzv ölkələrin liderlərinin qatıldığı sammitdə Minsk razılaşmasına əməl olunması mövzusuna həsr olunmuş məruzədən sonra qəbul edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi