Yuxarı

​Almaniyada quş qripi qeydə alınıb

Bununla əlaqədar olaraq 30 mindən çox hind quşu məhv edilib

Bakı. 11 noyabr. REPORT.AZ/ Almaniyanının Meklenburq-Ön Pomeraniya federal torpaqlarının Haynrihsvald qəsəbəsindəki quşçuluq fermasında quş qripi kimi tanınan H5N8 virusu aşkar edilib.

"Report" xəbər verir ki, bununla əlaqədar olaraq 30 mindən çox hind quşu məhv edilib.

Hazırda ekspertlər laboratoriyalarda virusun Almaniyaya necə gəldiyini təhlil etməyə çalışırlar. Hind quşlarından nümunələr götürülüb. Nəticələr bir neçə gündən sonra məlum olacaq. Quşlar məhv edilərkən ciddi təhlükəsizlik tədbirlərinə riayət olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi