Yuxarı
    Bağlamaq

    ​Almaniyada Osmanlı dövründə bəstələnmiş musiqi əsəri tapılıb

    “Yaşasın osmanlılar” türk marşı 1916-cı ilə aiddir

    Bakı. 7 noyabr. REPORT.AZ/ Almaniyanın Dövlət Kitabxanasında 1916-cı ildə bəstələnmiş “Yaşasın osmanlılar” türk marşının sözləri və musiqi notlarından ibarət kitabın əsas nüsxəsi tapılıb.

    "Report"un AzərTAc-a istinadən verdiyi xəbərə görə, Türkiyənin “Sabah” qəzeti yazır ki, Osmanlı dövlətinin Vyanadakı sonuncu səfiri Hüseyn Helmi Paşaya həsr olunmuş əsər bəstəkar M.Bütner - Valdmüller tərəfindən notlaşdırılıb.

    Bəstələnəndən az sonra sözləri türk və alman dillərində yazılmış əsərin Vyana, Leypsiq və Budapeşt şəhərlərində təqdimatı keçirilib.

    Kitabın üz qabığında, bu kitabın satışından, bəstədən və musiqinin ifasından əldə olunan gəlirlərin Qızıl Aypara Cəmiyyətinin fonduna köçürüldüyü barədə qeyd var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi