Yuxarı
    Bağlamaq

    ​"Alibaba" internet mağazası gün ərzində 9 milyard dollar həcmində mal satıb

    Şirkət gün ərzində 278,5 milyon sifariş qəbul edib

    Bakı. 11 noyabr. REPORT.AZ/ Noyabrın 11-də Çində keçirilən "The Singles' Day" aksiyası zamanı onlayn-riteyler "Alibaba"nın satışları ötənilki rekordu qırıb və 9,35 milyard dollara çatıb.

    "Report" "BBC News"a istinadən xəbər verir ki, Pekin vaxtı ilə saat 00:00-a olan vəziyyətə görə, şirkətə 278,5 mln sifariş göndərilib.

    Bu aksiya çərçivəsində alıcıları müxtəlif çeşidli mallara edilən böyük endirimlər cəlb edir.

    "Alibaba" 11 noyabra 2013-cü il tarixində də gün ərzində 5,75 mlrd. dollar həcmində 150 milyon sifariş qəbul edərək rekord vurmuşdu.

    Bu il satışa 27 mindən artıq dünya brendinin məhsulları çıxarılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi