Yuxarı

​ABŞ-da deputat ölümündən sonra seçkilərdə qalib gəlib

Rocer Frimen seçkilərə bir neçə gün qalmış vəfat edib

Bakı. 7 noyabr. REPORT.AZ/ Vaşinqton ştatının qanunverici məclisinin deputatı Rocer Frimen seçkilərə bir neçə gün qalmış vəfat etməsinə baxmayaraq, aralıq seçkilərdə yenidən qalibiyyəti özünə təmin edib.

"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, Demokratlar partiyasından olan Frimen ötən həftə 48 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Məlumata görə, seçki bülletenləri artıq seçicilərə göndərildiyindən onun adını bülletenlərdən çıxartmaq mümkün olmayıb.

Qeyd edək ki, Vaşinqton ştatında səsvermə tamamilə poçt vasitəsilə keçirilir. Bülletenlər sayıldıqdan sonra məlum olub ki, Frimen səslərin 53%-ni toplayıb. Onun Respublikaçılar Partiyasından olan rəqibi Cek Douvi isə səslərin 47%-ni toplaya bilib.

Qanunvericiliyə əsasən, seçkilərin nəticələri təsdiqləndikdən sonra, Demokratlar fraksiyası qanunverici məclisdə onun yerini saxlayacaq. 2015-ci ildə isə bu dairə üzrə yeni səsvermə keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi