Yuxarı

​2015-ci ildə Moskvada vertolyot ekskursiyalarına başlanacaq

Uçuşlar təqribən 160-180 ABŞ dollarına başa gələcək

Bakı. 7 noyabr. REPORT.AZ/ 2015-ci ildən etibarən Moskvada vertolyot ekskursiyaları mümkün olacaq.

"Report" İTAR-TASS-a istinadən xəbər verir ki, hazırda beynəlxalq turizm şirkəti bu proqram üzərində çalışır.

Vertolyot ekskursiyası ilkin hesablamalara görə, bir saat uçuş üçün təqribən 160-180 ABŞ dolları təşkil edə bilər. Marşrutun Moskvanın mərkəzindəki "Sadovoe Koltso" çərçivəsində təşkili nəzərdə tutulur.

Vertolyot marşrutu təqribən 2015-ci ilin yazına qədər istifadəyə verilə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi