Yuxarı

Zimbabvedə qızıl mədənlərini su basması nəticəsində 60 nəfər ölüb - FOTO

Bakı. 16 fevral. REPORT.AZ/ Zimbabvedə qızıl mədənlərini su basması nəticəsində ən azı 60 nəfər həlak olub.

Bu barədə "Report" AFP-ə istinadən xəbər verir.

Məlumata görə, hadisə Qərbi Maşonalend vilayətində baş verib. Belə ki, iki qızıl mədənini su basıb. Hadisəyə güclü leysan səbəb olub.

Yerli qəzet "Qerald" 23 nəfərin itkin düşdüyünü bildirib. Daha əvvəl bildirilirdi ki, Hararedə qızıl mədəninin divarlarının uçması nəticəsində 23 fəhlə ölüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi