Bakı. 7 oktyabr. REPORT.AZ/ Zimbabvedə 14 fil sianid ilə zəhərləndirilib.
"Report" "CBS News"a istinadən xəbər verir ki, onlardan üçü Kariba vilayətində yerləşən "Matusadona" milli parkında, digər 11-i isə "Xvanqe" milli parkında öldürülüb.
Bütün hallarda portağalın tərkibinə vurulmuş zəhərdən istifadə olunub. Brokonyerlərin fil sümüyündə maraqlı olduqları bildirilir.
Ötən il zəhərləndirmə nəticəsində təqribən iki yüz fil öldürülmüşdü.