Vladimir Zelenski AŞ-ni Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağa çağırıb

Vladimir Zelenski AŞ-ni Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağa çağırıb Ukrayna prezidenti Vladimir Zelenski ilə Avropa Şurasının (AŞ) prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
Digər ölkələr
11 Dekabr , 2019 21:06
Vladimir Zelenski AŞ-ni Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağa çağırıb
Volodimir Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski ilə Avropa Şurasının (AŞ) prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

“Report” dövlət başçısının saytına istinadən xəbər verir ki, söhbət əsnasında Ukrayna lideri Avropa Şurasının bundan sonra da Ukraynanın ərazi bütövlüyünün bərpasına dair Minsk razılaşmalarına əməl edənədək Rusiyaya sanksiya təzyiqlərini davam etdirəcəklərinə ümidvar olduqlarını ifadə edib.

Həmçinin V.Zelenski Ş.Mişelə üçtərəfli təbii qazla bağlı danışıqlarda göstərdikləri dəstəyə görə təşəkkür edib və onu Ukraynaya səfərə dəvət edib.

Son xəbərlər

Orphus sistemi