Bakı. 25 yanvar. REPORT.AZ/ Zambiyanın müdafiə naziri, ölkənin hakim "Vətənpərvər cəbhə" partiyası tərəfindən irəli sürülmüş namizədi Edqar Lunqu prezident seçkilərində qalib gəlib.
"Report" xəbər verir ki, Seçki komissiyası onun səslərin 48,3%-ni topladığını açıqlayıb.
Onun müxalifyönlü "Milli inkişaf naminə birləşmiş partiya"dan olan rəqbi Hakainde Hiçilema səslərin 46,7%-ni toplayıb.
O, artıq seçkilərin saxtalaşdırıldığını bəyan edib.
Seçkilər ölkə prezidenti Maykl Satının ötən ilin oktyabrında vəfatından sonra təyin edilib.