Zambiyada 6,1 bal gücündə zəlzələ baş verib

Zambiyada 6,1 bal gücündə zəlzələ baş verib Hələlik dağıntı və ya tələfat barəsində məlumat yoxdur
Digər ölkələr
24 Fevral , 2017 05:32
Zambiyada 6,1 bal gücündə zəlzələ baş verib

Bakı. 24 fevral. REPORT.AZ/ Zambiyanın şimal-şərqində 6,1 bal gücündə zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" ABŞ-ın Geologiya Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar ölkənin Konqo Demokratik Respublikası və Tanzaniya ilə sərhədində qeydə alınıb. Yerli vaxtla saat 00:32-də baş vermiş zəlzələnin episentri Kaput yaşayış məntəqəsindən 41 kilometr şərqdə qeydə alınıb. 

Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Hələlik dağıntı və ya tələfat barəsində məlumat yoxdur.  

Son xəbərlər

Orphus sistemi