Yuxarı

Yüzlərlə qanunsuz miqrant Qvatemaladan Meksikaya gəlib

​Yüzlərlə qanunsuz miqrant Qvatemaladan Meksikaya gəlib

Qvatemaladan 1,2 min nəfərdən çox qanunsuz miqrant karvanı Meksikaya gəlib.

"Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu barədə "Televisa" telekanalı məlumat yayıb.

Məlumata görə, sənədləri olmayan miqrantlar polis tərəfindən qorunmayan sərhəd körpüsünü keçiblər. Onlar bundan sonra Tapaçula rayonu ərazisinə istiqamətləniblər.

Bundan əz əvvəl isə Qvatemala və Meksika sərhədini Afrika ölkələrindən olan miqrant qrupu keçib. Onların sayı barədə məlumat verilmir. 

Daha əvvəl ABŞ ərazisinə keçməyə çalışan 100-ə yaxın mərkəzi amerikalı miqrantlardan ibarət birinci qrup Meksikadan göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi