Yunanıstanın müdafiə nazirinə Türkiyə adasına yaxınlaşmamaq xəbərdarlığı edilib

Yunanıstanın müdafiə nazirinə Türkiyə adasına yaxınlaşmamaq xəbərdarlığı edilib Bakı. 28 yanvar. REPORT.AZ/ Türkiyənin Hərbi Dəniz Qüvvələri Yunanıstanın müdafiə naziri Panos Kammenosa Türkiyə ilə Yunanıstan arasında yerləşən Kardak adasına yaxınlaşmamaq barədə xəbərdarlıq edib.
Digər ölkələr
28 Yanvar , 2018 13:48
Yunanıstanın müdafiə nazirinə Türkiyə adasına yaxınlaşmamaq xəbərdarlığı edilib
"Habertürk"

Bakı. 28 yanvar. REPORT.AZ/ Türkiyənin Hərbi Dəniz Qüvvələri Yunanıstanın müdafiə naziri Panos Kammenosa Türkiyə ilə Yunanıstan arasında yerləşən Kardak adasına yaxınlaşmamaq barədə xəbərdarlıq edib.

"Report" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Qeyd edilir ki, hadisə zamanı heç bir gərginlik yaranmayıb. Xəbərdarlıqdan sonra Yunanıstan heyəti Türkiyə ərazi sularını tərk edib.

Hadisə ilə bağlı Türkiyənin baş naziri Bineli Yıldırım da öz mövqeyini bildirib. "Terrorla mübarizə apardığımız bir vaxtda, qonşularımızın bulanıq suda balıq ovlamasını heç bəyənmirik. Bunu da xoş qarşılamırıq. Buna oxşar bir hərəkət olarsa, Türkiyə olaraq həmişə tədbir görə bilərik. Heç kim narahat olmasın", - deyə B. Yıldırım vurğulayıb.

İki ölkə arasında adıçəkilən ada ilə bağlı böhran ilk dəfə 1996-cı ildə yaranıb. Bundan sonra Kardak iki ölkə arasında həssas məsələyə çevrilib.

Son xəbərlər

Orphus sistemi