Yunanıstanın Krit adası sahillərində zəlzələ olub

Yunanıstanın Krit adası sahillərində zəlzələ olub Dağıntı və ya tələfat barəsində məlumat verilmir
Digər ölkələr
31 İyul , 2016 04:06
Yunanıstanın Krit adası sahillərində zəlzələ olub

Bakı. 31 iyul. REPORT.AZ/ Yunanıstanın Krit adası sahillərində zəlzələ baş verib.

"Report"un məlumatına görə, bu barədə ABŞ-ın Geoloji Xidməti xəbər yaytıb.

Məlumata görə, zəlzələ Rixter şkalası üzrə 5,2 bal gücündə qeydə alınıb.

Yeraltı təkanların episentri adanın ikinci böyük şəhəri Xanyadan 100 kilometr cənub-qərbdə, 9 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barəsində məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi